Volodimir Zelenski Londonda Kral Çarlz və baş nazir Kir Starmer ilə görüşüb
Volodimir Zelenski Londonda Kral Çarlz və baş nazir Kir Starmer ilə görüşüb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb.

“Downing Street”in bəyanatına əsasən, Starmer və Zelenski pilotsuz uçuş aparatlarının tədarükünün artırılmasına xidmət edən hərbi-sənaye tərəfdaşlığı barədə razılığa gəliblər.

Bununla yanaşı, ölkələr pilotsuz uçuş aparatları texnologiyalarının xaricə, xüsusən də Fars körfəzi ölkələrinə birgə satışı barədə razılığa gəliblər.

Volodimir Zelenski Kral III Çarlzla da görüşüb. Daha sonra Ukrayna Prezidenti NATO-nun baş katibi Mark Rutte ilə də danışıqlar aparacaq. Həmçinin, onun Britaniya Parlamentində çıxışı planlaşdırılır.