Volodimir Zelenski Londonda keçirilən danışıqlar nəticəsində “sülh razılaşması”nın yeni variantının Donald Trampın masasında olduğunu bildirir

21:48, 24.04.2025

 

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən danışıqlar nəticəsində “sülh razılaşması”nın yeni variantının ABŞ Prezidenti Donald Trampın masasında olduğunu bildirir. Zelenski bu barədə Cənubi Afrika Respublikasına səfəri zamanı deyib.

“ABŞ-nin təklifindən sonra başqa sənədlər də ortaya çıxdı və mən düşünürəm ki, bu gün bu format, bu sənəd artıq prezident Trampın masasındadır” – Zelenski bildirib.

Ukraynanın “qırmızı xətt”ləri ilə bağlı Zelenskiyə sual verilib və Ukrayna Prezidenti atəşkəsdən əvvəl bu barədə danışmağın mənasız olması cavabını verib. Lakin, Zelenski yenə də əlavə edib: “Dəyərlərimizə və ya konstitusiyamıza zidd olan hər şey heç bir razılaşmada ola bilməz”.

Bu bəyanatla Zelenski faktiki olaraq Kiyevin Rusiya tərəfindən Krımın ilhaqını tanımaması ilə bağlı mövqeyini təkrarlayıb.

Oxşar