Volodimir Zelenski – Krımın geri qaytarılması sülh danışıqlarının gündəliyində yoxdur, lakin o, bizim ərazimizdir. Ən vacibi isə insanlarımızı itirməməkdir

14:08, 29.07.2026

“Krımın geri qaytarılması sülh danışıqlarının gündəliyində yoxdur” – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilhaq edilmiş Krımın geri qaytarılması məsələsi hazırda sülh prosesində müzakirə olunmasa da, yarımada Ukraynanın ayrılmaz hissəsi olaraq qalır.

“Təəssüf ki, bu, gündəlikdə yoxdur, yaxud hələlik yoxdur. Bilmirəm, baxarıq. Bu ərazi çox vacibdir. Bu bizim ərazimizdir, bizim tariximizdir. Lakin ən vacibi insanlarımızı itirməməkdir”, – deyə Zelenski müvafiq məzmunlu suala cavab olaraq bildirib.

Qeyd edək ki, Volodimir Zelenski iyulun 28-də Ağ Evdə Prezident Donald Trampla görüşüb. Görüşdə Ukrayna üçün “Patriot” zenit-raket sistemlərinin istehsalı üzrə lisenziyanın alınması məsələsi müzakirə olunub.

Bundan əlavə, Volodimir Zelenskinin sosial şəbəkədə yazdığına görə, görüşdə diplomatiya məsələsi də müzakirə edilib və diplomatik prosesin fəallaşdırılmasının vacibliyi vurğulanıb.

Oxşar