Volodimir Zelenski korrupsiya işi üzrə ittiham olunan Serhiy Haydayı Mukaçevo Rayon Administrasiyası rəhbəri vəzifəsindən azad etdi
Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiya işi üzrə təqsirləndirilən şəxslərdən biri – Serhiy Haydayı Mukaçevo Rayon Administrasiyasının rəhbəri vəzifəsindən azad etdi. Bu barədə məlumat Ukrayna Prezidentinin rəsmi saytında yayımlanıb.
Bundan əvvəl, Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və Xüsusi Korrupsiyaya Qarşı Prokurorluq hərbi texnikanın alınması ilə bağlı korrupsiya sxemlərini üzə çıxarmışdı.
Məlumata görə, korrupsiya sxemində iştirak edən şəxslər döyüş texnikasını bir şirkətdən dövlət vəsaiti hesabına real dəyərindən baha qiymətə alır və fərqi özlərinə götürürdülər. Antikorrupsiya orqanları bu iş üzrə rüşvət alma faktına görə Ali Radanın deputatını, rayon və şəhər administrasiyalarının rəhbərlərini, həmçinin Milli Qvardiyanın hərbçilərini ifşa ediblər.