Volodimir Zelenski – Kiyev Rusiya tərəfindən Ukrayna ərazilərinin ilhaqını heç vaxt tanımayacaq, Rusiyanın bizi sürüklədiyi şeyə görə ağır bədəl ödəyirik
Ukrayna Rusiya tərəfindən hazırda işğal olunmuş ərazilərinin ilhaqını heç vaxt tanımayacaq, hətta bu, sülh razılaşması əldə etmək üçün lazım olsa belə – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski avropalı liderlərin Londonda keçirilən zirvə görüşündən sonra britaniyalı jurnalistlərlə danışarkən bəyanat verib.
Ukrayna Prezidenti bildirib ki, Kiyev Rusiya tərəfindən zəbt edilmiş Ukrayna ərazilərini hər zaman “müvəqqəti işğal olunmuş” hesab edəcək, hətta hazırda Rusiyanı tamamilə çıxarmaq üçün ölkənin kifayət qədər hərbi gücü olmasa belə.
“Ərazilərimiz və dəyərlərimiz satılmır. Bizim azadlığımız satılmır. Rusiyanın bizi sürüklədiyi şeyə görə ağır bədəl ödəyirik” – Zelenski bildirib.
O, Ukraynanın yalnız etibarlı təhlükəsizlik zəmanəti verildiyi təqdirdə atəşkəsə razılaşacağını bildirib. O, ümid etdiyini bildirib ki, bu cür təminatlar Rusiyaya Ukraynada yeni hərbi əməliyyatlara başlamaq imkanı verməyəcək və ya Moskva yenə də bunu etsə, Rusiya Ukrayna və onun müttəfiqlərindən sərt cavab alacaq.