Volodimir Zelenski Kir Starmerlə telefonla danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub. Zelenski bu haqda məlumatı sosial şəbəkədə yayır.
“Biz cari hadisələri müzakirə etdik və gələcək addımlar barədə fikir mübadiləsi apardıq” – Ukrayna Prezidenti yazır.
Volodimir Zelenski müharibənin mümkün qədər tez bitməsi və Ukraynanın təminatlı sülh əldə etməsi üçün hər şeyin edildiyini bildirib.
“Bizə hamı üçün sülh, aydın təhlükəsizlik zəmanətləri ilə ədalətli sülh lazımdır” – Ukrayna Prezidenti bildirib.
Ukrayna Prezidenti bildirib ki, o, ABŞ-nin rəhbərliyi və bütün Avropanın dəstəyi ilə münaqişəni ədalətli şəkildə bitirməyin mümkün olduğuna əmindir.