Volodimir Zelenski – İyunun 22-dən etibarən Belarusda Rusiyaya “Shahed” pilotsuz uçuş aparatlarını Ukraynadakı hədəflərə yönəltməkdə kömək edən sistemlər fəaliyyətini dayandırıb

22:27, 24.06.2026

 

İyunun 22-dən etibarən Belarusda Rusiyaya “Shahed” pilotsuz uçuş aparatlarını Ukraynadakı hədəflərə yönəltməkdə kömək edən sistemlər fəaliyyətini dayandırıb – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti əsnasında deyib.

“Düzünü desəm, hələlik onların sökülüb-sökülmədiyini bilmirəm. Lakin biz bu istiqamətdə işləyirik, mən vəziyyəti çox diqqətlə izləyirəm və hər gün hesabatlar alıram. Fakt budur ki, retranslyatorlar hazırda işləmir” – Zelenski qeyd edib.

İyunun 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun Rusiya sistemlərini öz ərazisindən çıxarmaq üçün bir həftə vaxtının olduğunu demişdi. O, bu cür stansiyaların Belarusun Ukrayna ilə həmsərhəd olan iki regionunda yerləşdirildiyini bildirmişdi. Ukrayna Prezidenti həmçinin demişdi ki, əgər Lukaşenko bunu etməsə, Ukrayna cavab tədbirləri görəcək. Zelenski daha sonra Belarus ərazisində Rusiyanın təcavüzünə kömək edən müəssisələrin olduğunu qeyd etmişdi. Bu bəyanatlardan sonra Rusiyada Ukraynanı Belarusu müharibəyə cəlb etmək cəhdində ittiham etdilər.

Oxşar