Volodimir Zelenski - İsraildən dəhşətli xəbərlər gəlir, terror aktı zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm
Volodimir Zelenski - İsraildən dəhşətli xəbərlər gəlir, terror aktı zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm

Dünyanın heç bir yerində terrora şans verilə bilməz, çünki terror həmişə təkcə bir ölkəyə və ya onun qurbanlarına qarşı deyil, bəşəriyyətə və bütün dünyamıza qarşı cinayətdir”, – Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“İsraildən dəhşətli xəbərlər gəlir. Bu terror aktı zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. İnanırıq ki, asayiş bərpa olunacaq və terrorçular məhv ediləcək. Terrordan istifadə edən dünya qarşısında günahkardır, terroru maliyyələşdirən dünya qarşısında cinayət törədir. Dünya birləşməli və həmrəy olmalıdır. İsrailin özünümüdafiə hüququ şübhəsizdir. Bu terror aktının bütün şəraiti araşdırılmalıdır ki, dünya bilsin və buna kömək edən, təhrik edən hər kəs cavab versin. Təhlükə zonasında olan bütün Ukrayna vətəndaşları yerlərdə təhlükəsizlik qüvvələrinin göstərişlərinə diqqətlə əməl etməli və məlumatlara diqqətlə nəzarət etməlidirlər. Xahiş edirəm diqqətli olun, Ukrayna Xarici İşlər Nazirliyi və İsraildəki səfirliyimiz istənilən vəziyyətdə sizə kömək etməyə hazırdır. İsraildəki ukraynalılara kömək etmək üçün operativ qərargah yaradılıb. Əgər yardıma ehtiyacınız varsa, xahiş edirəm, əlinizdə olan istənilən vasitə ilə dərhal diplomatik və ya konsulluq nümayəndəmizlə əlaqə saxlayın. Bütün həyatlar vacibdir. Hər bir terror aktı qınanmalıdır”, – Zelenski yazıb.