Volodimir Zelenski – İndi Ukraynanın zəif prezidenti ola bilməz, əlbəttə, mən adi bir insanam, ola bilsin Putin kimi böyük humanist deyiləm

16:46, 24.10.2026

 

Volodimir Zelenski müharibənin hazırkı cəbhə xəttində dondurulmasını nəzərdə tutan sülh sazişinə hazır olduğunu, lakin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin Rusiyanın ərazisi kimi tanınması ilə razılaşmayacağını bildirib. Ukrayna Prezidenti bu barədə “ABC News”a müsahibəsində danışıb.

“Biz bu müharibəni mümkün qədər tez bitirməyə, münaqişəni elə indicə cəbhə xəttində dondurmağa hazırıq” – Ukrayna Prezidenti bildirib.

Saziş müqabilində Ukrayna ərazisinin 25%-nin güzəştə gedilməsinə razılıq verərdi yoxsa yox sualına Zelenski mənfi cavab verib. Onun izahına əsasən, Rusiya Ukrayna ərazisinin daha kiçik hissəsini işğal edib.

“Kimsə 25%-dən danışanda bu o deməkdir ki, biz bütövlüklə Donbasdan imtina etməliyik. Bu o deməkdir ki, ruslar ərazinin 25%-nə nəzarət edəcəklər. Hazırda isə onlar 19,3%-ə nəzarət edirlər” – Zelenski qeyd edib.

Zelenski göstərilən tərəfdaşlığa görə Birləşmiş Ştatlara minnətdar olduğunu bildirib, lakin etiraf edib ki, özü həmişə nəzakətli olmur.

“İndi Ukraynanın zəif prezidenti ola bilməz. Əlbəttə, mən adi bir insanam, sadəcə insan. Ola bilsin Putin kimi böyük humanist deyiləm” – Zelenski qeyd edib.

Ukrayna Prezidenti Trampla münasibətlərin xüsusiyyətlərindən də danışaraq bildirib ki, onunla birbaşa və səmimidir.

“Dostlar arasında, eləcə də ailədə səmimi olmalısan və riyakarlıq etməməlisən. Mən Trampla oyun oynamıram. Mənimlə Putin arasındakı fərq məhz bundadır. Mən onunla heç bir oyun oynamıram. Birbaşa və səmimiyəm” – Zelenski açıqlayıb.

Putinin Trampdan ABŞ ilə Ukrayna arasında kəşfiyyat məlumatlarının bölüşdürülməsini dayandırmağı xahiş etdiyini düşünür yoxsa yox sualına Zelenski belə cavab verib: “Bilmirəm. İnanıram və ümid edirəm ki, yox”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Rusiya Prezidenti Vladimer Putini humanist adlandırıb.

“Siz tez-tez prezident Trampın humanist olduğunu deyirsiniz. Siz də humanistsiniz, cənab Prezident, və buna görə sizə layiq olduğunuz hörməti bəsləyirəm” – Uitkof qeyd edib.

Oxşar