Volodimir Zelenski - İndi irəliləməyimizin vaxtıdır, Avropa İttifaqına üzv olma yolunda Moldova, Ukrayna və Qərbi Balkanlara dəstək kritik dərəcədə vacibdir
Volodimir Zelenski - İndi irəliləməyimizin vaxtıdır, Avropa İttifaqına üzv olma yolunda Moldova, Ukrayna və Qərbi Balkanlara dəstək kritik dərəcədə vacibdir

 

İndi irəliləməyimizin vaxtıdır. Avropa İttifaqına üzv olma yolunda Moldova, Ukrayna və Qərbi Balkanlara dəstək kritik dərəcədə vacibdir – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagendə Avropa Siyasi Birliyinin Sammitinin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, real irəliləyiş lazımdır.

“Maia Sandunu Moldovanın parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etmək istərdim. Bu, çox vacib seçkilər idi. Avropa qalib gəldi, Moldova qalib gəldi və ədalətli seçkilərin təmin edilməsinə töhfə verən hər kəsə təşəkkürlər. İndi irəliləməyimizin vaxtıdır. Avropa İttifaqına üzv olma yolunda Moldova, Ukrayna və Qərbi Balkanlara dəstək kritik dərəcədə vacibdir. Real irəliləyişə ehtiyacımız var. Ukrayna skrininq prosesini başa çatdırıb və biz birinci klasterin açılmasına hazırıq. Bu, razılaşdırıldığı kimi baş verməlidir. Bu, həqiqətən, ümumi vəziyyəti gücləndirəcək” – Zelenski bildirib.