Volodimir Zelenski - Hər zaman seçkilərə hazıram
Volodimir Zelenski - Hər zaman seçkilərə hazıram

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilər keçirməyə hazır olduğunu bildirir. Bu haqda Zelenski İtaliyaya səfəri zamanı İtaliyanın “La Repubblica” nəşrinə deyib.

Jurnalistlər Zelenskidən Donald Trampın bəyanatını şərh etməsini istəyiblər.

“Hər zaman seçkilərə hazıram” – Zelenski jurnalistlərə deyib.

Məlumat üçün bildirək ki, Donald Tramp “Politico”ya müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtının yetişdiyini bildirib.

“Bəli, düşünürəm ki, bunun vaxtı yetişib. Düşünürəm ki, seçkilərin keçirilməsi üçün mühüm vaxtdır. Seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin düşünürəm ki, Ukrayna xalqının bu seçimi olmalıdır. Və ola bilsin, Zelenski qalib gəlsin. Kimin qalib gələcəyini bilmirəm, lakin uzun müddətdir seçkilər keçirməyiblər. Bilirsiniz, onlar demokratiyadan danışırlar, lakin məsələ artıq demokratiyanın olmadığı nöqtəyə gedib çıxır” – Donald Tramp müsahibəsində qeyd edib.