Volodimir Zelenski - Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüm oldu, dialoqun bütün səviyyələrdə davam etməsi vacibdir, əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin (EPC) səkkizinci zirvə toplantısı çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü haqda sosial şəbəkədə paylaşım dərc edir.
Zelenskinin qeyd etdiyi kimi, dialoqun bütün səviyyələrdə davam etməsi vacibdir.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüm oldu. Dövlətlərimiz arasında həll olunmamış məsələlər var. Dialoqun bütün səviyyələrdə davam etməsi vacibdir. Ukrayna hər zaman Gürcüstana, onun suverenliyinə və xalqına hörmət edib və etməyə davam edir. Əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik” – Zelenski yazır.