Volodimir Zelenski – Gözləyirik ki, Rusiya atəşkəsi – tam, uzunmüddətli və etibarlı atəşkəsi təsdiq edəcək və Ukrayna görüşə hazırdır
Volodimir Zelenski – Gözləyirik ki, Rusiya atəşkəsi – tam, uzunmüddətli və etibarlı atəşkəsi təsdiq edəcək və Ukrayna görüşə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiyanın atəşkəs barədə düşünməsi müsbət siqnaldır və münaqişənin sona çatmasına doğru vacib addımdır.

“Bu, yaxşı işarədir – ruslar nəhayət müharibənin sonu barədə düşünməyə başlayıblar. Bunu uzun müddətdir bütün dünya gözləyirdi,” – Zelenski sosial şəbəkədə yazıb.

Prezident əlavə edib ki, hər bir müharibənin real sonu atəşkəslə başlayır və ümid etdiyini bildirib ki, Rusiya 12 may tarixindən etibarən “tam, uzunmüddətli və etibarlı” atəşkəsi rəsmən təsdiqləyəcək.

“Gözləyirik ki, Rusiya sabahdan – 12 maydan – etibarlı, tam və davamlı atəşkəsi təsdiqləyəcək və Ukrayna bu görüşə tam hazırdır,” – deyə Zelenski vurğulayıb.