Volodimir Zelenski – Gecə ərzində Ukrayna istiqamətində 26 hücum həyata keçirilib, ya Putinin ordusuna tam nəzarəti yoxdur, ya da Rusiyada müharibənin bitməsi üçün real addım atmaq niyyətində deyillər
Rusiya gecə ərzində Ukrayna istiqamətində 26 hücum həyata keçirib. Ya Putinin ordusuna tam nəzarəti yoxdur, ya da vəziyyət təsdiq edir ki, Rusiyada müharibənin bitməsi üçün real addım atmaq niyyətində deyillər – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yazır.
“Səhər saatlarında rus hərbi əməliyyatları ən fəal şəkildə Pokrovski və Siverski istiqamətində aparılırdı. Gecədən günortayadək rus qüvvələri artıq 26 hücum həyata keçiriblər. Biz Pasxa dövründə Rusiya tərəfindən elan edilmiş tam atəşkəs öhdəliyinin bütün pozuntalarını qeydə alırıq və tərəfdaşlarımıza zəruri məlumatları təqdim etməyə hazırıq. Əslində ya Putinin ordusuna tam nəzarəti yoxdur, ya da vəziyyət təsdiq edir ki, Rusiyada müharibənin bitməsi üçün real addım atmaq niyyətində deyillər və yalnız arzuolunan PR ilə maraqlanırlar.
Real olaraq baş verənlərlə bağlı həqiqəti paylaşan bütün mediaya təşəkkür edirik. Moskvadan dini xidmətlərin translasiyası yerinə, Kremlin tam atəşkəs ilə bağlı həqiqətən öhdəlik götürməsi və diplomatiyaya real şans verilməsi üçün Pasxa bayramından sonra onu ən azı 30 gün qoruyub saxlaması üçün Moskvaya təzyiqə diqqət yetirilməlidir” – Zelenski yazır.