Volodimir Zelenski – Fridrix Mertsi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edirəm, Almaniya ilə birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik

10:28, 24.02.2025

 
Ukrayna Prezidenti Volodimir Zelenski Bundestaqın növbədənkənar seçkilərinin nəticələrinə münasibət bildirir.

“Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı”nı və Fridrix Mertsi Bundestaqın seçkilərində qələbə qazanması münasibətilə təbrik edirəm. Bu, seçicilərin aydın səsidir və bunun Avropa üçün nə qədər vacib olduğunu görürük. İnsanların həyatını qorumaq, Ukraynada əsl sülhə nail olmaq və Avropanı gücləndirmək üçün Almaniya ilə birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik. Avropa özünü müdafiə etməyi bacarmalı, sənayelərini inkişaf etdirməli və lazımi nəticələr əldə etməlidir. Avropanın ortaq uğurlara ehtiyacı var və bu uğur Avropaya daha da böyük birlik gətirəcək” – Ukrayna Prezidenti yazır.

Xatırladaq ki, “exit-poll”un nəticələrinə əsasən, Bundestaqın növbədənkənar seçkilərində Fridrix Mertsin mühafizəkar bloku “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı” (CDU/CSU) 29 faizlə liderlik edir. Alis Vaydelin ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 19,5 faizlə ikinci yerdədir, Olaf Şoltsun sol-mərkəzçi “Almaniyanın Sosial Demokrat Partiyası” (SPD) isə 16 faiz səs toplayıb.

Oxşar