Volodimir Zelenski Fridrix Merts ilə müharibəni bitirmək üçün atılası növbəti addımları müzakirə etdiyini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniyanın kansleri Fridrix Merts telefon danışığı zamanı ən son hadisələri müzakirə ediblər və müharibəni bitirmək üçün atılası addımları razılaşdırıblar. Bu haqda məlumatı Ukrayna Prezidenti sosial şəbəkədə yayır.
O, Almaniyanın müharibənin əvvəlindən Ukraynaya hərbi, maliyyə və siyasi cəhətdən kömək etdiyini bildirib.
“Müharibəni bitirmək məqsədilə atılan addımlar ilə əlaqədar işimizin ən son təfərrüatları ilə onu tanış etdim. Bütün tərəfdaşlarımızın məlumata malik olmasını təmin etmək üçün koordinasiya edirik. Dünən Ukraynanın komandası Cenevrədən qayıtdı və razılaşmanın yenilənmiş çərçivəsi ilə bağlı tam hesabat təqdim etdi. Ən son hadisələri müzakirə etdik və sonrakı addımlarımızı razılaşdırdıq” – Volodimir Zelenski X sosial şəbəkəsində yazır.
Bununla yanaşı, Ukrayna Prezidenti Amerika tərəfi ilə ünsiyyətin davam etdiyini və Amerika Birləşmiş Ştatlarının və şəxsən prezident Donald Trampın səylərinə görə minnətdar olduğunu bildirib. Bundan başqa, Zelenski telefon danışığı zamanı tərəflərin Almaniyanın həmsədri olduğu “İstəklilər Koalisiyası”nın gündəliyinə də toxunduqlarını bildirib.
Bununla yanaşı, Almaniyanın kansleri Fridrix Merts Ukrayna-Rusiya sülh müqaviləsinin Avropanın razılığını tələb etdiyini bildirib.
O, Almaniyanın Ukraynaya dəstəyi davam etdirdiyini və mümkün qədər tez atəşkəsə can atdığını deyib.
“Atəşkəs, Ukrayna üçün ədalətli və dayanıqlı sülh və Avropa üçün təhlükəsizlik üçün can atırıq. Avropanın maraqlarına və suverenliyinə təsir edən istənilən plan Avropanın razılığını tələb edir” – Merts qeyd edir.