Volodimir Zelenski – Enerji resursları, xüsusən də neft sülh və real təhlükəsizliyin ən vacib açarlarından biridir

10:52, 24.01.2025

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, enerji resursları, xüsusilə də neft sülh və təhlükəsizliyin vacib hissəsidir.

“Rusiya təcavüz və işğalını davam etdirməyə çalışır. Enerji resursları, xüsusilə də neft sülh və real təhlükəsizliyin ən mühüm açarlarından birini təşkil edir. Avropa enerji resursları üzərində Rusiya ilə deyil, ABŞ və digər qlobal tərəfdaşlarla daha çox işləməlidir”. – deyə Ukrayna prezidenti bildirib.

Bundan əlavə, Ukrayna prezidenti qeyd edib ki, amerikalı və avropalı tərəfdaşlarla Rusiyanın təcavüzünün dayandırılmasına yönəlmiş mühüm görüşlər keçirilir.

“Əsas odur ki, bu müharibəni istəyən və bu müharibəyə görə məsuliyyət daşıyan yeganə qurum olan Rusiyaya qarşı sürəti azaltmaq və təzyiq göstərmək olmaz”. – Zelenski bildirib.

Oxşar