Volodimir Zelenski əgər Tramp onu konstruktiv dialoqa və real problemlərin həlli üçün dəvət etsə, yenidən ABŞ-a səfər edəcəyini bildirir

11:51, 03.03.2025

 
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Prezidenti Donald Tramp onu “real problemləri həll etmək” üçün yenidən dəvət edəcəyi təqdirdə onunla görüşməyə hazır olduğunu bildirib.

“Bloomberg”in yazdığı kimi, avropalı liderlərin Londonda keçirilən təhlükəsizlik məsələləri üzrə sammitində iştirak etdikdən sonra Zelenski bildirib ki, Ukrayna bərabər dialoqa layiqdir və əgər Tramp onu konstruktiv dialoqa, real problemləri həll etməyə, ciddi məsələlər ilə bağlı qətiyyətli hərəkətlər və cavab verməyə dəvət etsə, yenidən ABŞ-a səfər edəcək.

“Zelenski Tramp və vitse-prezident Cey Di Vens ilə Ağ Evdə görüş zamanı baş vermiş qarşıdurmadan sonra sözlərini diqqətlə seçirdi” – “Bloomberg” yazır.

Həmçinin, nəşr qeyd edir ki, Zelenski Londonda jurnalistlərlə danışarkən təhrifə yol verməmək üçün jurnalistin ingilis dilində danışmaq xahişindən imtina edib.

“Mən əminəm ki, bu vəziyyət keçəcək və qarşıda daha mühüm məsələlər var” – Ukrayna Prezidenti bildirib.

Oxşar