Volodimir Zelenski, dünya liderlərini danışıqlar nəticə verməsə güclü reaksiya verməyə çağırıb və ABŞ-nin "mümkün qədər koordinasiyalı" qalmalı olduğunu qeyd edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına əsasən, Ukraynanın prioriteti qeyd-şərtsiz atəşkəsdir. Zelenski bildirib ki, Rusiya nümayəndə heyəti bununla razılaşmasa, o zaman “Putinin müharibəni bitirmək istəmədiyi aydın olacaq”.
Ukrayna Prezidenti bu bəyanatı Tiranada Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində verib.
Bununla yanaşı, Volodimir Zelenski, dünya liderlərini danışıqlar nəticə verməsə güclü reaksiya verməyə çağırıb və ABŞ-nin “mümkün qədər koordinasiyalı” qalmalı olduğunu qeyd edib.
“Tam, qeyd-şərtsiz və vicdanlı atəşkəs bir nömrəli prioritetimizdir. Qətlləri dayandırmaq və ilk növbədə, diplomatiya üçün möhkəm zəmin yaratmaq naminə bu, dərhal baş verməlidir. Əgər bu gün İstanbulda Rusiyanın nümayəndələri hətta bu – atəşkəs haqqında, bu açıq-aşkar zəruri ilk addım barədə də razılaşa bilməsələr, o zaman 100% aydın olacaq ki, Putin diplomatiyanı baltalamağa davam edir. Əgər belə olmazsa, bu gün müəyyən nəticələr olmalıdır, atəşkəslə başlayaraq. Mən Putini nümayəndə heyətinə real səlahiyyət verməyə çağırıram və diplomatiyaya real şans verə bilməyimiz üçün bizə qətllərin lazım olduğu qədər tamamilə dayandırılması lazımdır. Amerika Birləşmiş Ştatları, prezident Tramp bu müharibəni bitirməyə çalışır. Biz sıx əməkdaşlığı davam etdirməli və maksimum koordinasiyalı olmalıyıq. Bunun baş verməsi üçün hamımızın bütün səviyyələrdə birlikdə işləməyimiz vacibdir” – Volodimir Zelenski bildirib.