Volodimir Zelenski – dünya Kremli danışıqlar masasına oturtmaq üçün Rusiyaya təzyiq etməlidir

13:45, 19.07.2024

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, dünya Kremli danışıqlar masasına oturtmaq üçün Rusiyaya təzyiq göstərməlidir.

O, bu barədə “BBC”yə müsahibəsində bildirib.

“Bu o demək deyil ki, bütün ərazilər zorla geri qaytarılacaq. Düşünürəm ki, diplomatiyanın gücü bizə kömək edə bilər”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin fikrincə, döyüş meydanında zəifləmiş Rusiya Ukraynanı danışıqlar masası arxasında xeyli güclü edəcək.

“Rusiyaya təzyiq göstərməklə mən hesab edirəm ki, diplomatik nizamlanma üzrə razılığa gəlmək olar”, – deyə Zelenski bildirib.

Oxşar