Ukrayna Prezidenti və birinci xanım Dublinə gediblər. Bu haqda məlumatı İrlandiyanın Baş naziri Maykl Martin X sosial şəbəkəsində yayır.
İrlandiyanın Baş naziri Volodimir Zelenski və Olena Zelenskanı hava limanında qarşılayıb.
Maykl Martin, azadlığını və demokratiyasını müdafiə edən Ukrayna xalqına İrlandiyanın dəstəyinin sarsılmaz olaraq qaldığını bildirib.
Ukrayna mediasında yayılmış məlumata əsasən, bu gün İrlandiyada Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukrayna Prezidenti Volodimir Zelenskiyə Floridada Amerika nümayəndə heyəti ilə aparılan danışıqların ətraflı hesabatını təqdim etməlidir. Daha əvvəl Rustem Umerov qeyd etmişdi ki, Ukrayna nümayəndə heyəti tam hesabat hazırlayır və tezliklə Avropada görüş zamanı onu şəxsən prezidentə təqdim edəcək. Volodimir Zelenski Ukrayna üçün “sülh planı”nın müzakirəsi kontekstində üç məsələnin ən çox müzakirəyə səbəb olduğunu deyirdi.