Volodimir Zelenski - "Druzhba" neft kəməri aprelin sonuna qədər istifadəyə veriləcək
Volodimir Zelenski - "Druzhba" neft kəməri aprelin sonuna qədər istifadəyə veriləcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında Rusiyanın hücumu nəticəsində zədələnmiş “Druzhba” neft kəmərinin fəaliyyətinin aprelin sonuna qədər bərpa ediləcəyini bildirib.

“Dediyimiz kimi, aprelin sonuna qədər təmir olunacaq. Tamamilə yox, lakin fəaliyyət göstərə bilməsi üçün kifayət edəcək qədər” – Zelenski deyib.

Onun sözlərinə əsasən, neft kəmərinin bütün anbarları bərpa oluna bilməyəcək, çünki bu, uzunmüddətli prosesdir.

“Lakin əsas sual başqadır; boru kəməri fəaliyyət göstərə biləcək yoxsa yox? Bəli!” – Ukrayna Prezidenti qeyd edib.