Volodimir Zelenski - Dörd tərəf - Ukrayna, Avropa, ABŞ və Rusiyanın imzalamalı olduğu 20 bəndlik plana doğru irəliləməyi planlaşdırırıqsa, onda bizə dördtərəfli texniki qrup lazım olacaq, bu məqbuldur
Volodimir Zelenski - Dörd tərəf - Ukrayna, Avropa, ABŞ və Rusiyanın imzalamalı olduğu 20 bəndlik plana doğru irəliləməyi planlaşdırırıqsa, onda bizə dördtərəfli texniki qrup lazım olacaq, bu məqbuldur

 

Ukrayna dördtərəfli danışıqlara hazırdır – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Volodimir Zelenski, danışıqların formatını genişləndirməyə hazır olduğunu bildirib. Söhbət Ukrayna, Avropa, Amerika Birləşmiş Ştatları və Rusiyanın iştirakı ilə dördtərəfli texniki qrupun yaradılmasından gedir.

Həmçinin, jurnalist Ukrayna Prezidentindən Rusiyanın ABŞ ilə telefon danışığından sonra işçi qrupu yaratmaq barədə razılığa gəldiklərinə dair bəyanatı haqda soruşub. Bununla əlaqədar, Zelenski qeyd edib ki, Ukrayna-Amerika işçi qrupu artıq mövcuddur və bu qrupun fəaliyyəti sayəsində müvafiq sənədlər işlənilib hazırlanıb.

“İndi, dörd tərəf – Ukrayna, Avropa, Amerika Birləşmiş Ştatları və Rusiyanın imzalamalı olduğu 20 bəndlik plana doğru irəliləməyi planlaşdırırıqsa, onda bizə yəqin ki, dördtərəfli texniki qrup lazım olacaq. Bu, bizim üçün məqbuldur” – Zelenski bildirib.

Həmçinin, Ukrayna Prezidenti qeyd edib ki, ABŞ, Ukrayna və Rusiya liderləri səviyyəsində üçtərəfli görüşlərin və ya müvafiq telefon danışıqlarının mümkünlüyü ilə bağlı suallar var.

“Bir daha təkrar edirəm, biz heç kimdən gizlənmirik, bizi müharibənin bitməsinə yaxınlaşdıracaq istənilən variantlara və formatlara açığıq” – Volodimir Zelenski bildirib.