Volodimir Zelenski Donald Trampla telefon danışığı zamanı enerji sektorunda atəşkəsi müzakirə etdiklərini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı enerji sektorunda atəşkəsi müzakirə etdiklərini bildirib.
“Son dövrlərdə bu, bəlkə də ən məzmunlu söhbət oldu. Əhval-ruhiyyə düzgün idi, kifayət qədər təfərrüatlı idi. Biz növbəti addımlarımızı, qismən atəşkəs tələblərini müzakirə etdik. Biz ehtimal ki, məsələnin enerji üzrə atəşkəslə bağlı olmasına dair Amerika tərəfindən siqnallar aldıq, bu, hər iki ölkənin enerji infrastrukturuna və eyni zamanda mülki infrastrukturuna edilən hücumların dayandırılmasını nəzərdə tutur. Razılaşdıq ki, biz tərəfimizdən, prioritet hesab etdiyimiz və mülki infrastruktur olaraq qəbul etdiyimiz obyektlərin siyahısını hazırlamaq üçün hər şeyi edəcəyik. Bu, dəmir yolu kimi müxtəlif növ infrastrukturu əhatə edə bilər” – Zelenski bildirib.
Ukrayna Prezidenti danışıqlar zamanı ərazilər məsələsinin ən çətin məsələ olacağını deyib.
“Bu, hər birimiz üçün çağırış olacaq. Biz Ukraynanı bu məsələlərdə maksimum dərəcədə qoruyacağıq, amma bu bizim üçün çox çətin olacaq. Prezident Tramp başa düşür ki, hüquqi baxımdan biz heç bir ərazini tanımırıq” – Zelenski deyib.
Ukrayna Prezidenti Trampla Zaporojie Atom Elektrik Stansiyası məsələsini də müzakirə etdiyini bildirib. “Kiyev atom elektrik stansiyası Ukraynaya qaytarılarsa, ABŞ-nin onun modernləşdirilməsi və investisiyasında iştirakını nəzərdən keçirməyə hazır olacaq” – Ukrayna Prezidenti qeyd edib.