Volodimir Zelenski Donald Trampla söhbəti zamanı Zaporojie Atom Elektrik Stansiyasının mülkiyyətinin verilməsi məsələsini müzakirə etdiyi barədə məlumatı təkzib edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı Zaporojie Atom Elektrik Stansiyasının mülkiyyətinin verilməsi məsələsini müzakirə etdiyi barədə məlumatı təkzib edib.
Zelenski bildirib ki, dünənki telefon danışığı zamanı Tramp ondan Zaporojie Atom Elektrik Stansiyası barədə soruşub.
“Mən ona dedim ki, əgər Ukraynaya məxsus deyilsə, heç kim üçün işləməyəcək. Bu qanunsuzdur və biz sadəcə bu stansiyanı idarə edə bilmərik, çünki bu dövlət mülkiyyətidir. Ukrayna, Ukraynanın nüvə elektrik stansiyalarına sərmayə yatırılması və onların müasirləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır, amma biz, əlbəttə ki, Prezident Tramp ilə mülkiyyət məsələsini müzakirə etməmişik” – Volodimir Zelenski bildirib.