Volodimir Zelenski Donald Trampla Si Cinpinin danışıqlara cəlb edilməsinin məqsədəuyğunluğu barədə danışdığını bildirib – Si Cinpinin Putin üzərində təsiri var
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Çinin lideri Si Cinpinin müharibənin başa çatdırılması ilə bağlı danışıqlara cəlb edilməsinin nə dərəcədə məqsədəuyğun olacağı barədə danışdığını bildirib.
Volodimir Zelenskinin sözlərinə görə, Donald Tramp Çin lideri ilə görüşməyi planlaşdırır.
“Prezidentə tam səmimi şəkildə dedim ki, bizim fikrimizcə, əgər o, Prezident Sini də bu prosesə cəlb etsə, onun Putin üzərində təsiri var. Əgər bu müharibəni təkcə sözlərlə deyil, real olaraq başa çatdırmaq istəyiriksə, onda insanların xatirinə hamı 24 saat ərzində bunun üzərində işləməlidir”, – deyə Zelenski bildirib.
Məlumata görə, Çin lideri Si Cinpin sentyabrın 23-dən 25-dək dövlət səfəri ilə ABŞ-a səfər edəcək. Bu, Si Cinpinin son 10 ildən artıq müddətdə ABŞ-a ilk səfəri olacaq.