Volodimir Zelenski Donald Trampın Ukrayna və Rusiyaya hazırkı cəbhə xəttində dayanmaqla bağlı etdiyi çağırışın yaxşı kompromis olduğunu bildirir
Volodimir Zelenski Donald Trampın Ukrayna və Rusiyaya hazırkı cəbhə xəttində dayanmaqla bağlı etdiyi çağırışın yaxşı kompromis olduğunu bildirir

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiyaya hazırkı cəbhə xəttində dayanmaqla bağlı etdiyi çağırışın “yaxşı kompromis” olduğunu bildirib.

Zelenski Rusiya Prezidenti Vladimer Putinin Trampın bu təşəbbüsünü dəstəkləməyəcəyindən şübhələnir.

Qeyd etmək lazımdır ki, Ukrayna Prezidenti Şimali Avropa ölkələrində qastrol səfərindədir.

Məlumat üçün bildirək ki, bundan əvvəl media ABŞ Prezidenti ilə söhbəti zamanı Rusiya Prezidentinin Ukraynada müharibənin dayandırılması üçün ilkin şərt kimi Donbas bölgəsinə tam nəzarətin təmin olunmasını tələb etdiyini yazırdı. Həmçinin, guya Donald Trampın da bu mövqeyi bölüşdüyü və Ukrayna Prezidentini Donbası Rusiyaya verməyə çağırdığı barədə məlumat yayılırdı. Lakin daha sonra Tramp bu xəbəri təkzib edərək, bunun əvəzinə müharibənin mövcud cəbhə xəttində dayandırılmalı olduğunu və “Donbasın bölünməli olduğunu” qeyd edib.