Volodimir Zelenski Donald Trampdan Rusiya və Çinə “Starlink”in analoqunu yaratdıqlarına görə sanksiyalar tətbiq etməsini xahiş edir

14:39, 03.10.2026

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiya və Çinə “Starlink”in analoqunu yaratdıqlarına görə sanksiyalar tətbiq etməsini xahiş edir. “Financial Times” məlumat yayır.

Medianın məlumatına əsasən, Zelenski Trampdan xüsusilə İlon Maskın “Starlink” xidməti ilə rəqabət apara biləcək peyk şəbəkəsinin yaradılmasında iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı sanksiyaların tətbiq olunmasını xahiş edib.

“Biz bilirik ki, Çin peyklər üzərində işləyir, Rusiya “Starlink”in analoqunun yaradılmasında köməklik imkanları üzərində çalışır” – Volodimir Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin Trampdan bu işə cəlb olunmuş təşkilatlara sanksiya tətbiq etməsini bir neçə dəfə xahiş etdiyini qeyd edib. O cümlədən, ötən ay Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşdükləri zaman.

Oxşar