Volodimir Zelenski – Donald Tramp ilə enerji və hava hücumundan müdafiə sistemlərimizin gücləndirilməsi yolları barədə danışdım, ABŞ-ın əməkdaşlığımızı gücləndirmə imkanlarını nəzərdən keçirdiyi barədə vacib siqnal aldım
“ABŞ-ın bizim əməkdaşlığımızı gücləndirmə imkanlarını nəzərdən keçirdiyi barədə vacib mesaj aldım,” – bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından sonra gündəlik videomüraciətində bildirib.
“Donald Tramp ilə enerji sektorumuzun və hava hücumundan müdafiə qabiliyyətimizin gücləndirilməsi yolları barədə ətraflı danışdım. Həmçinin ona Odessa və digər şəhərlərdəki vəziyyət haqqında məlumat verdim. Yardım etmək istəyinə görə minnətdaram. Dünya görür ki, Rusiya nə edir və necə çalışır faydalansın ondan ki, dünya liderlərinin diqqəti Yaxın Şərqdə müharibənin bitməsinə yönəlib,” – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti ümid edir ki, ABŞ və digər tərəfdaşlar Rusiyaya təzyiqi davam etdirəcəklər.
“Təəssüf ki, Rusiya terrorçu dövlətdir və daha güclü zərbələr endirmək üçün hər fürsəti axtarır – xüsusilə də qlobal diqqət başqa istiqamətə yönəldiyi zaman. Ümid edirik ki, Amerika və bütün tərəfdaşlarımız qətiyyətli addımlar atmağa və güclü təzyiq göstərməyə davam edəcəklər ki, xalqımız bu dəstəyi hiss etsin,” – deyə Zelenski videomüraciətində bildirib.