Volodimir Zelenski danışıqlar konkret nəticə verərsə və razılaşma sənədi hazır olarsa, Davosda Donald Trampla görüşəcəyini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüşmək üçün şərtlərini açıqlayıb.
O bildirib ki, danışıqlar nəticəsində konkret nəticələr olsa, görüş baş tutacaq.
“Əgər komandalarımız bu haqda danışarsa, görüş baş tutacaq. Bizim həmişə müəyyən nəticələrlə görüşlərimiz olur. Əlbəttə, Amerika ilə görüşlər hər zaman konkret nəticələrlə – Ukraynanı gücləndirmək və ya müharibənin sonunu yaxınlaşdırmaq məqsədilə başa çatmalıdır. Sənədlər hazır olarsa, görüşəcəyik” – Zelenski qeyd edib.