Volodimir Zelenski - Dallasda, ya Drezdendə kimsə tibb mərkəzinə hücum etsəydi, Allah eləməsin, bunun adı nə olardı, terrorizm olmazdımı?
Volodimir Zelenski - Dallasda, ya Drezdendə kimsə tibb mərkəzinə hücum etsəydi, Allah eləməsin, bunun adı nə olardı, terrorizm olmazdımı?

Dallasda, ya Drezdendə kimsə tibb mərkəzinə hücum etsəydi, Allah eləməsin, bunun adı nə olardı? Terrorizm olmazdımı? – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski bəyan etdi.

Ukrayna prezidenti videomüraciətində Vinnitsa şəhərinə raket hücumundan geniş danışdı. Onun sözlərinə görə, bu fakt bir daha Rusiyanın terrorçu dövlət elan edilməli olduğunu təsdiqləyir.

“Dünyanın heç bir ölkəsində Rusiya qədər terror təhlükəsi yoxdur. Heç bir dövlət hər gün dinc şəhərləri və vətəndaşları raketlərlə məhv etməyə özünə icazə vermir. Vinnitsada bir raket hücumu 23 nəfərin, o cümlədən on yaşından kiçik üç uşaqın həyatına son qoydu və təəssüf ki, bu son rəqəmlər deyil. Xilasedcici işlər davam etdirilir. Uçuntular artında qalanlar var. Xəstəxanaya yerləşdirilmiş arasında kritik vəziyyətdə olanlar var”, – Zelenski bəyane tdi.