Volodimir Zelenski - Cei Di Vens danışıqlar prosesində iştirak etsəydi, "kiçik parça"nın və müstəqil Ukrayna ərazisinin nə olduğunu başa düşərdi
Volodimir Zelenski - Cei Di Vens danışıqlar prosesində iştirak etsəydi, "kiçik parça"nın və müstəqil Ukrayna ərazisinin nə olduğunu başa düşərdi

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti Cei Di Vensin “bir neçə kvadrat kilometr üzərində ticarət” barədə bəyanatına münasibət bildirib.

“Vitse-prezident, bütün hörmətlə, Amerika Birləşmiş Ştatları, Ukrayna və Rusiya arasındakı danışıqlarda iştirak etmir. Düşünürəm ki, əgər o və digər rəsmi şəxslər iştirak etsəydilər, yəqin ki, “kiçik parça”nın nə olduğunu, Ukrayna ərazisinin, müstəqil Ukraynanın ərazisinin nə olduğunu başa düşərdilər” – Zelenski bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, Rusiyanın məqsədlərinə ərazilərin işğalı da daxildir, onun sözlərinə əsasən, bu məqsəd həmişə bu və ya digər formada mövcud olub.

Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlar prosesini şərh edən Cei Di Vens “bir neçə kvadrat kilometr”lə bağlı mübahisənin ağlabatanlığını şübhə altına alıb.