Volodimir Zelenski - Bütün gün ərzində ən azı 800 rus dronu qeydə aldıq və hücum hələ də davam edir, təəssüf ki, altı nəfər həlak olub, onlarla yaralının olduğu məlumdur
Volodimir Zelenski - Bütün gün ərzində ən azı 800 rus dronu qeydə aldıq və hücum hələ də davam edir, təəssüf ki, altı nəfər həlak olub, onlarla yaralının olduğu məlumdur

 

Ukrayna Prezidenti Volodimir Zelenski rus qüvvələrinin ən uzun və ən böyük hücumlardan birini həyata keçirdiyini və nəticədə altı nəfərin həlak olduğunu bildirib.

“Bu gün, bütün gün ərzində ruslar regionlarımıza qarşı “Shahed” dalğaları buraxırlar və xüsusilə NATO ölkələrinin sərhədlərinə ən yaxın yerləşən bölgələri hədəf alırlar. Artıq Zakarpatiya, Lvov vilayəti, Volin, eləcə də İvano-Frankovsk və Rovno vilayətlərində zərbələr qeydə alınıb. Təəssüf ki, bir çox digər regionlara da zərbələr endirilib. Hazırkı məlumata əsasən, aralarında uşaqlar da olmaqla onlarla yaralı var. Təəssüf ki, altı nəfər həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Günün əvvəlindən artıq ən azı 800 rus dronu qeydə alınıb və hücum hələ də davam edir. Ölkəmizin hava məkanına yeni dronlar daxil olmaqdadır” – Ukrayna Prezidenti bildirir.

Ukraynanın lideri hücumun ABŞ Prezidentinin Çinə səfəri ilə eyni gündə baş verməsinə də diqqət yönəldib.

“Bu çətin geosiyasi məqamda Rusiya açıq-aşkar ümumi siyasi fonu korlamağa və diqqəti öz şərinə cəlb etməyə çalışır. Bunu ukraynalı insanların və Ukrayna infrastrukturunun hesabına edir. Kəşfiyyatımızın məlumatlarına əsasən, dronlardan sonra Ukraynaya qarşı raket zərbələrinin endirilməsi də tamamilə mümkündür” – Zelenski bildirir.