Volodimir Zelenski bu gün Donald Trampla telefon danışığı aparacağını bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Donald Trampla telefon danışığı aparacağını bildirib. Zelenski bu haqda Finlandiyaya səfəri zamanı keçirilmiş mətbuat konfransında danışıb.
Ukrayna Prezidenti Trampla planlaşdırılan telefon zəngi ilə bağlı əlavə təfərrüatları şərh etməyib.
Zelenski bildirib ki, Ukraynanın Rusiya ilə danışıqlardakı “qırmızı xətləri” müharibənin bərpa olunmayacağına dair ədalətli zəmanətləri, eləcə də Rusiyadan “minlərlə” əsirin azad edilməsini əhatə edir.
Ukrayna Prezidenti Vladimer Putini ABŞ Prezidenti Donald Trampa verdiyi vədi pozmaqda günahlandırıb.
“Putinin və Trampın söhbətindən sonra Putin bəyan etdi ki, guya Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması barədə əmr verib. Gecə 150 pilotsuz uçuş aparatı ilə hücum həyata keçirildi, başqa obyektlər arasında, enerji infrastrukturu da onların hədəfi oldu. Nəqliyyat vasitələrinə qarşı da hücumlar törədilib. Təəssüf ki, iki xəstəxana zərər görüb. Başqa sözlə desək, Putinin sözləri reallıqdan tamamilə fərqlidir” – Zelenski Finlandiya Prezidenti Aleksandr Stub ilə keçirdiyi mətbuat konfransında bildirib.
Bununla yanaşı, Zelenski NATO-nun Ukrayna ilə daha güclü olacağını bildirib, lakin alyansa qoşulmağın asan olmayacağını etiraf edib.
“İlk olaraq Rusiya Ukraynaya hücum etdi, Moskva təcavüzkardır. Biz öz suverenliyimiz və müstəqilliyimiz üçün mübarizə aparırıq – bu müharibədə qalib gələcəyik” – Zelenski bildirib.