Volodimir Zelenski – Bu gün artıq Ursula fon der Lyayenlə dünənki danışığımızın nəticələrini görürük. Ukrayna maliyyə dəstəyi paketi çərçivəsində 3,3 milyard avro məbləğində tranşı artıq əldə edib

15:58, 18.09.2026

Bu gün artıq Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə dünənki söhbətimizin nəticələrini görürük. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının maliyyə dəstəyi paketi çərçivəsində 3,3 milyard avro məbləğində tranşı artıq əldə edib.

“İlk növbədə, bu vəsait müdafiə qabiliyyətimizin gücləndirilməsinə, xüsusilə raket və dronların alınmasına yönəldiləcək. Həmçinin Nyu-Yorkda keçirəcəyimiz görüşə və Ukraynanın maliyyə dayanıqlılığı məsələsi ilə bağlı planlaşdırılan müzakirəyə fəal şəkildə hazırlaşırıq. Bu barədə də dünən razılığa gəlmişdik. Təşəkkür edirəm, Ursula!” – deyə Zelenski yazıb.

Oxşar