Volodimir Zelenski bildirir ki, Ukraynanın müharibədə qələbəsi onun müstəqil dövlət kimi sağ qalması olacaq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirir ki, Ukraynanın müharibədə qələbəsi onun müstəqil dövlət kimi sağ qalması olacaq. Bu barədə Volodimir Zelenski “ABC News”a müsahibəsi zamanı deyib.
Jurnalistin qələbənin ölkə üçün necə göründüyü sualına, Zelenski cavab verib ki, bu, Ukraynanın sağ qalmasıdır.
“Putinin məqsədi Ukraynanın işğalıdır. Putin, əlbəttə, bizi tam işğal etməyi istəyir. Onun üçün qələbə budur. Və nə qədər ki, o, bunu edə bilməyəcək, qələbə bizim tərəfimizdədir. Ona görə də bizim üçün sağ qalmaq qələbədir. Çünki biz öz kimliyimizlə, ölkəmizlə, müstəqilliyimizlə qalırıq” – Zelenski qeyd edib.