Volodimir Zelenski bildirir ki, Rusiya ola bilsin Ukraynada müharibə bitməmişdən əvvəl də Avropa İttifaqı ölkələrinə hücum etsin, çünki Putin "dalana dirənmiş vəziyyətdədir"
Volodimir Zelenski bildirir ki, Rusiya ola bilsin Ukraynada müharibə bitməmişdən əvvəl də Avropa İttifaqı ölkələrinə hücum etsin, çünki Putin "dalana dirənmiş vəziyyətdədir"

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ola bilsin Ukraynada müharibə bitməmişdən əvvəl də Avropa İttifaqı ölkələrinə hücum etsin, çünki Vladimer Putin “dalana dirənmiş vəziyyətdədir”.

Ukrayna Prezidenti, Rusiyanın Ukraynada müharibə bitməmişdən əvvəl başqa bir Avropa ölkəsinə qarşı ikinci cəbhə açmasının tamamilə mümkün olduğunu deyib.

“Düşünürəm ki, o, bunu edə bilər. Putinin əvvəlcə Ukraynanı işğal etmək və sonra ola bilsin başqa bir yerə daxil olmaq istədiyinə dair ümumi Avropa skeptisizmini unutmalıyıq. O, hər ikisini eyni anda edə bilər” – Zelenski bildirib.

Volodimir Zelenski Avropa ölkələrinə dronların nüfuz etməsini Rusiyanın Ukrayna cəbhəsində əhəmiyyətli irəliləyiş əldə edə bilməməsi faktı ilə əlaqələndirib.

“Putin real uğur baxımından ümidsiz vəziyyətdədir. Onun üçün bu, daha çox dalana dirənmiş vəziyyətdir. Məhz bu səbəbdən bu uğursuzluqlar ola bilsin onu başqa ərazilər axtarmağa başlamağa məcbur etsin. Rusiya ilə dostluq Amerika üçün çıxış yolu deyil. Dəyərlər baxımından Ukrayna ABŞ-yə Rusiyadan daha yaxındır” – Ukrayna Prezidenti qeyd edib.