Volodimir Zelenski bildirir ki, Münhen Təhlükəsizlik Konfransında Ukrayna və Avropanın təhlükəsizliyi istiqamətində yeni addımlar atılacaq
Ukraynanın prezidenti Volodimir Zelenski Almaniyaya Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün gəlib.
Zelenski qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransında Ukrayna və Avropanın təhlükəsizliyi istiqamətində yeni addımlar atılacaq.
“Bu önəmli gündür və bizim ümumi təhlükəsizliyimiz, Ukrayna və Avropanın təhlükəsizliyi istiqamətində yeni addımlar atılacaq. Plan dron istehsalının ilk birgə Ukrayna-Almaniya müəssisəsinin yaradılmasını, həmçinin tərəfdaşlarla ikitərəfli və çoxtərəfli görüşləri əhatə edir. Bizə Avropada ümumi təhlükəsizlik memarlığımız üçün daha çox birgə istehsal, daha çox dayanıqlılıq, daha çox koordinasiya və effektivlik lazımdır. Ən vacib nailiyyətimiz müharibənin layiqli sülhlə sona çatdırılması və Ukrayna ilə bütün Avropa üçün etibarlı təhlükəsizlik təminatlarının yaradılmasıdır ki, Avropada kimsə müdafiəsiz qalmaqdan qorxmasın. Hamıya təşəkkür edirəm, kim bizə kömək edir”, – Volodimir Zelenski sosial şəbəkədə yazıb.