Volodimir Zelenski bildirib ki, Ukrayna ABŞ-ın vasitəçiliyi ilə Pasxa bayramı zamanı Rusiyanın atəşkəsi elan etməsi üçün müraciət edib
Volodimir Zelenski bildirib ki, Ukrayna ABŞ-ın vasitəçiliyi ilə Pasxa bayramı zamanı Rusiyanın atəşkəsi elan etməsi üçün müraciət edib

Ukrayna ABŞ-a vasitəçilik üçün müraciət edərək Pasxa bayramı zamanı Rusiyanın atəşkəsi elan etməsini xahiş edib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Zelenski qeyd edib: “Hamımız Rusiyanın mediada reaksiyasını gördük: görünür, onlar buna hazır deyillər. Biz tələbimizi ABŞ tərəfinə çatdırdıq. Bilmirəm, onlar yenidən mesajımızı Rusiyaya ötürə biləcəklərmi, bunu görəcəyik. Bizim Pasxa bayramı üçün atəşkəs təklifimiz qüvvədə qalır.”

Qeyd edək ki, Zelenski bundan əvvəl də Ukraynanın Pasxa bayramı zamanı atəşkəs elan edilməsinə hazır olduğunu bəyan etmişdi.