Volodimir Zelenski bəyan edir ki, artıq 34 gündür Rusiya açıq şəkildə atəşkəsdən imtina edir

10:57, 15.04.2025

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, artıq 34 gündür Rusiya açıq şəkildə atəşkəsdən imtina edir.

“34 gün əvvəl Ukrayna ABŞ-ın atəşin tam və şərtsiz dayandırılması təklifinə müsbət cavab verdi. Artıq 34 gündür Rusiya açıq şəkildə atəşkəsdən imtina etməyə davam edir. İndi də – illər boyu olduğu kimi – Putin müharibənin davam etdirilməsinə fokuslanıb”, – deyə Ukrayna Prezidenti gündəlik videomüraciətində qeyd edib.

Volodimir Zelenskinin sözlərinə görə, rus dövlət təbliğatçıları öz auditoriyasını danışıqların və diplomatiyanın nəticə verməyəcəyi fikrinə hazırlayırlar.

“Bunun yalnız bir səbəbi var – onlar orada, Moskvada hazırda qorxmurlar. Əgər Rusiyaya kifayət qədər güclü təzyiq göstərilməsə, onlar gələcəkdə də öyrəşdikləri şeyi – müharibəni – davam etdirəcəklər”, – deyə Zelenski əlavə edib.

Oxşar