Volodimir Zelenski bəyan edib ki, Ukrayna Rusiyanın dərinliklərində zərbələr endirməyi planlaşdırır
Ukraynanın prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna Rusiyanın dərinliklərində zərbələr həyata keçirməyi nəzərdə tutur.
Bu barədə Ukrayna lideri sosial şəbəkədə yazıb.
“Biz aktiv əməliyyatları Ukraynanın müdafiəsi üçün necə lazımdırsa, eləcə də davam etdirəcəyik. Qüvvələr və resurslar hazırdır. Həmçinin dərinliklərdə yeni zərbələr də planlaşdırılıb”, – deyə Zelenski sosial şəbəkədə bildirib.