Volodimir Zelenski bəyan edib ki, Rusiya istəsə, hərbi əməliyyatlar yay aylarınadək başa çata bilər
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbi əməliyyatların başa çatması təkcə Ukraynadan asılı deyil.
“Müharibənin bitib-bitməməsinə gəlincə, bu, yalnız Ukraynadan asılı deyil, bu, həm də Rusiyaya təzyiq göstərməli olan ABŞ-dən asılıdır. “Lazımdır” deməyə məcbur olduğum üçün təəssüf edirəm, lakin başqa yol yoxdur. Əgər istək təkcə Ukrayna tərəfdən deyil, həm də təcavüzkar tərəfdən olarsa, o zaman yay aylarınadək hərbi əməliyyatları dayandıra bilərik”, – deyə Volodimir Zelenski qeyd edib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın təcavüzünü qeyri-mümkün edəcək təhlükəsizlik təminatlarının olacağına əmin olmaq vacibdir.