Volodimir Zelenski Berlindədir və diplomatik görüşlər keçirəcək
Volodimir Zelenski Berlindədir və diplomatik görüşlər keçirəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski Berlindədir və diplomatik görüşlər keçirəcək. Bu barədə məlumatı Ukrayna Prezidentinin mətbuat katibi Serqei Nikiforov yayır.

“Kansler Merts ilə ikitərəfli görüş keçiriləcək, sonra onlar avropalı liderlər, NATO-nun baş katibi Rute və ABŞ Prezidenti Trampla birlikdə videokonfransda iştirak edəcəklər” – Ukrayna Prezidentinin mətbuat katibi qeyd edir.

Nikiforovun bəyanatına əsasən, Volodimir Zelenski açıq formatda “İstəklilər Koalisiyası”nın onlayn görüşündə də iştirak edəcək.

Görüşlər başa çatdıqdan sonra Volodimir Zelenski və Fridrix Merts Berlin vaxtı ilə saat 16:00-da media üçün birgə mətbuat konfransı keçirə bilərlər.