Volodimir Zelenski - Avropa ölkələri həqiqətən sülhə nail olmaq istəyirlər, təəssüf ki, Rusiyadan onların da müharibəni bitirmək istədikləri barədə siqnallar hələ də görə bilmirik
Volodimir Zelenski - Avropa ölkələri həqiqətən sülhə nail olmaq istəyirlər, təəssüf ki, Rusiyadan onların da müharibəni bitirmək istədikləri barədə siqnallar hələ də görə bilmirik

 

Bu gün biz Fransa və digər Avropa ölkələrinin həqiqətən sülhə nail olmaq istədikləri bir vəziyyətdəyik. Təəssüf ki, Rusiyadan onların da müharibəni bitirmək istədikləri barədə siqnallar hələ də görə bilmirik – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə jurnalistlərlə söhbəti zamanı deyib.

“Əminəm ki, Avropa və Amerika ilə birliyimiz Ukraynada sülh üçün belə vacib olan bu çətin məsələnin diplomatik həllinə keçmək üçün Rusiyaya təzyiqin gücləndirilməsində bizə kömək edəcək” – Zelenski qeyd edib.

Bununla yanaşı, Ukrayna Prezidenti SAMP-T hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına görə Fransaya təşəkkür edib.

“Bu gün komandalarımızla ikitərəfli görüşümüz olacaq, sabah isə “İstəklilər Koalisiyası”nın görüşü olacaq, bunun nəticəsində də hansı gündə bilmirəm, lakin bu, mütləq baş verəcək – Ukrayna üçün təhlükəsizlik təminatları alacağıq” – Zelenski bildirib.

Məlumat üçün bildirək ki, Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə sabah keçiriləcək “İstəklilər Koalisiyası”nın görüşündə iştirak etmək üçün Fransaya gedib. Almaniyanın kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien görüşdə iştirak edəcək.