Volodimir Zelenski – Avropa danışıqlar masasında olmalıdır, Avropanın təhlükəsizliyi ilə bağlı hər şey Avropa ilə birlikdə həll edilməlidir

22:02, 18.03.2025

 
Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Olena Zelenska ilə birlikdə Finlandiyaya səfər edib.

Zelenskinin sosial şəbəkədə yazdığı kimi, Finlandiya Prezidenti Aleksandr Stubs və baş nazir Peteri Orpo ilə görüşlər keçirəcək.

“Görüşdə Ukraynanın müdafiəsinə dəstəyi, Ukraynanın silah istehsalına sərmayələri, Ukraynanın Avropaya inteqrasiyasını, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və müharibəyə ədalətli son qoymaq üçün səyləri müzakirə edəcəyik. Avropa danışıqlar masasında olmalıdır, Avropanın təhlükəsizliyi ilə bağlı hər şey Avropa ilə birlikdə həll edilməlidir” – Zelenski yazır.

Oxşar