Volodimir Zelenski - Atəşkəs olarsa, konstitusiyamıza görə çətin olsa belə, seçkiləri keçirməyə hazırıq
Volodimir Zelenski - Atəşkəs olarsa, konstitusiyamıza görə çətin olsa belə, seçkiləri keçirməyə hazırıq

 

Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs olacağı təqdirdə ölkədə seçkilər keçirməyə hazır olduğunu bildirib.

O, seçkilərin konstitusiyaya uyğun keçirilməli olduğunu deyib.

“Biz hazırıq. Atəşkəs olarsa, konstitusiyamıza görə çətin olsa belə” – Ukrayna Prezidenti “Fox News”a müsahibəsində deyib.

O, həmçinin izah edib ki, seçkilər yalnız tərəfdaşlarla əməkdaşlıq və təhlükəsizlik təminatları ilə mümkündür.

“Tərəfdaşlarımızla birlikdə və təhlükəsizlik təminatları ilə bunu edə bilsək, seçkiləri keçirə bilərik” – Zelenski bildirib.

Məlumat üçün bildirək ki, Ukraynada parlament seçkiləri 2023-cü ilin payızına, prezident seçkiləri isə 2024-cü ilin yazına planlaşdırılmışdı. Lakin hərbi əməliyyatlar səbəbindən hər iki seçki təxirə salınıb.

Ukrayna mediasının yazdığı kimi, ölkə konstitusiyası müharibə və ya fövqəladə vəziyyət zamanı istənilən seçkilərin keçirilməsini qadağan edir, bu parlament, eləcə də prezident seçkilərinə şamil olunur.