Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının Ukrayna və Rusiya məsələləri üzrə gələcək xüsusi nümayəndəsi Kit Keloqinin Ukraynaya səfər edəcəyini təsdiqləyir
Kiyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya məsələləri üzrə gələcək xüsusi nümayəndəsi Kit Keloqinin Ukraynaya səfər edəcəyini təsdiqləyir.
Ukraynanın Prezidenti Volodimir Zelenskinin dediyi kimi, bu səfər Trampın andiçmə mərasimindən əvvəl baş tutacaq.
“Səfər yanvarın əvvəlində baş tutacaq. Biz cənab Keloqini gözləyirik və onun nə demək istədiyini və ya nəyi nəzərdə tutduğunu o zaman danışacağıq” – Ukraynanın Prezidenti deyib və Keloqi tərəfindən Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı əvvəllər mediada səsləndirilmiş ideyalara eyham edib.
Bundan əvvəl, “Reuters” Keloqinin yanvarın əvvəlində Kiyevə və bir sıra Avropa şəhərlərinə səfər edəcəyi haqda məlumat yaymışdı. Nəşrin məlumatına əsasən, Keloqi bu müddət ərzində Moskvaya səfər etməyi planlaşdırmır və Kiyevdə vəzifəli şəxslərlə görüşəcək.