Volodimir Zelenski - Almaniya ilə "Taurus" tipli raketlərlə bağlı dialoq davam edir
Almaniya ilə “Taurus” tipli raketlərlə bağlı dialoq davam edir, lakin açıq şəkildə deyil – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz bu istiqamətdə işləyirik. Almaniyanın kansleri və mənim açıq şəkildə müzakirə etməməyə dair razılaşdığımız müəyyən mövzular var. Mən ona söz vermişəm və sözümü tuturam” – Volodimir Zelenski bildirib.
Bununla yanaşı, Ukrayna Prezidenti qeyd edib ki, məsələ ilə bağlı müzakirə aparılır.
Öz növbəsində Almaniyanın kansleri Fridrix Merts “Taurus” tipli raketlərin Ukraynaya veriləcəyini istisna etmədiyini deyib.