Volodimir Zelenski – ABŞ tərəfindən hərbi yardım kəsilməyib, lakin yeni yardım paketləri ilə bağlı hələlik danışıqlar aparılmır

10:56, 06.02.2025

 
ABŞ tərəfindən hərbi yardım kəsilməyib, lakin yeni yardım paketləri ilə bağlı hələlik danışıqlar aparılmır – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Bununla yanaşı, Zelenski ABŞ administrasiyası ilə təmasların “əhəmiyyətli dərəcədə” gücləndiyini qeyd edib.

“Reuters”in mənbələrinin məlumatına əsasən, Ukraynaya silah tədarükü qısa müddətə dayandırılıb, lakin keçən həftəsonu yenidən bərpa edilib.

Ukrayna Prezidenti bildirib ki, Ukrayna hələ də ABŞ-dan hərbi yardım alır, lakin hazırda yeni yardım paketləri ilə bağlı müzakirə aparılmır.

“ABŞ administrasiyası ilə təmasları əhəmiyyətli dərəcədə gücləndirmişik. Həmçinin, digər tərəfdaşlarımızla da kifayət qədər əsaslı danışıqlar aparırıq. Ukraynaya real, dayanıqlı və zəmanətli sülh, eləcə də Rusiyanın Ukraynaya zərər vermək istəyənləri nəyin gözlədiyini hər zaman bilməsini təmin edən vasitələr lazımdır. Biz güclü diplomatiyaya hazırıq. Bunun üçün isə bizə döyüşçülərimizin gücü, ordunun effektivliyi və qüvvələrimizin modernləşdirilməsi lazımdır” – Zelenski bildirib.

Oxşar