Volodimir Zelenski - ABŞ-nin liderliyinə ümid bəsləyirik, çünki aydındır ki, Moskva mənasız ambisiyaları güc yolu ilə məhdudlaşdırılmasa, dayanmayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Keloqi ilə söhbətinin məhsuldar keçdiyini bildirib.
Zelenski deyib ki, tərəflər sülhə necə nail olmağı və bunun üçün birlikdə hansı addımları atacaqlarını müzakirə ediblər.
Ukrayna Prezidentinin izahatına görə, bu, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, həmçinin avropalı tərəfdaşlarla birlikdə hərbi silahların istehsalı və alınması deməkdir.
Ukrayna Prezidenti qeyd edib ki, Keloqi ilə söhbəti zamanı həmçinin Rusiya və onu dəstəkləyənlərə qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə edib.
“ABŞ-nin liderliyinə ümid bəsləyirik, çünki aydındır ki, Moskva mənasız ambisiyaları güc yolu ilə məhdudlaşdırılmasa, dayanmayacaq” – Zelenski deyir.
Zelenski, Kit Keloqiyə Ukraynaya səfərinə və prezident Trampa “mühüm dəstək siqnalları və hər iki ölkə üçün müsbət qərarlara” görə təşəkkür etdiyini bildirib.